Bakıda özəl bağçanın sahibi ağacları qanunsuz olaraq kəsib

 12:47 01.03.2023     1996

Bakı şəhərinin Nəsimi rayonu və Tovuz rayonunun Koxa Nəbi kəndi ərazisində ağacların kəsildiyi müəyyən edilib.

Redaktor.az xəbər verir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədovun sözlərinə görə, araşdırma zamanı Nəsimi rayonu, Ənvər İsmayılov küçəsi, “Yaşıl Ada” uşaq bağçasının ətrafındakı ağacların bağçanın sahibi Oktay Abutalıbov, Tovuz rayonun Koxa Nəbi kəndi ərazisindəki ağacların isə kənd sakini Binnət Hüseynov tərəfindən kəsildiyi məlum olub:

“Faktlarla bağlı akt tərtib edilib və hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.