İntim videosu yayılan rəis işdən ÇIXARILDI

 13:41 01.03.2023     1520

Naxçıvan Muxtar Respublikası Sədərək Gömrük Postunun rəisi vəzifəsindən uzaqlaşdırılıb.

Redaktor.az apa-ya istinadən xəbər verir ki, Nicat Mahmudov öz ərizəsi ilə işdən azad edilib.

Artıq postun yeni rəisinin də adı məlumdur. Belə ki, Astara Gömrük Postunun rəis müavini Kənan Heydərli Sədərək Gömrük Postunun rəisi təyin olunub.

 Sədərək Gömrük İdarəsinin rəisi Nicat Mahmudovun intim videosu ötən ilin noyabr ayında sosial şəbəkədə paylaşılmışdı.