Agentliyin mətbuat katibi işdən çıxdı

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri – mətbuat katibi Leyla Rəhimova işdən çıxıb.
Redaktor.az xəbər verir ki, bu barədə Leyla Rəhimova özü bildirib.
“Mən QHT Agentliyindən işdən dünən ayrıldım”, - L.Rəhimova deyib.
L.Rəhimova əvvəllər Binəqədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi şöbəsində çalışıb. O, ötən ilin mayında QHT Agentliyinə təyinat almışdı.