Hacı Şahinin ölümü haqda YENİ FAKTLAR

 13:26 02.03.2023     453

İlahiyyatçı Hacı Şahin Həsənlinin ölümü ilə bağlı yeni detal üzə çıxıb.

Redaktor.az xəbər verir ki, Hacı Şahinin ürəyinə bir müddət əvvəl stent qoyulub.

Son günlər də ürəyində narahatlıq yaranıb.

Xatırladaq ki, ilahiyyatçı Hacı Şahin bu gün səhər saatlarında ürəktutmasından dünyasını dəyişib.

Qeyd edək ki, Şahin Hüseyn oğlu Həsənli 7 iyul 1974-cü ildə Bakı şəhərində anadan olub.

1981-ci ildə Bakı şəhər 189 saylı orta məktəbin rus bölməsinә daxil olub, 1991-ci ildə həmin məktəbi bitirib.

1991-ci ildə Azərbaycan Texniki Universitetinin Maşınqayırma fakültəsinə daxil olub. 1995–1997-ci illərdə hərbi xidmətdə olub.

2001–2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ikinci ali təhsil alıb.

2001-ci ildən Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Məşədi Dadaş” məscidində imam-camaatı olub.

Bu və öncəki illərdə müstəqil şəkildə dini mütaliə ilə məşğul olub, dini mövzularda dərs tədris edib. Xüsusilə Əqaid, fəlsəfə, əxlaq, təfsir dərslərini tədris edib. 2007-ci ildə “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsis edib, o zamandan quruma rəhbərlik edib.

2013-cü ildə “Məşədi Dadaş” məscidinə axund, 2014-cü ildə isə Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi təyin olunub.

Azərbaycan, ərəb, fars və rus dillərini bilirdi.

Uzun illərdir, Həcc karvanına rəhbərlik edir və Həcc zəvvarlarına xidmət göstərirdi (Globalinfo.az).