Azərbaycanda son sutkada yoluxanların sayı açıqlandı - 3 nəfər öldü

Azərbaycanda koronavirusa 40 yeni yoluxma qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Redaktor.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.