Bir icra başçısı nöqsana görə işdən çıxardı, digəri vəzifə verdi
Yasamal Rayon İcra Hakimiyyəti başçısı Elşad Həsənov qurumun hüquq şöbəsinin müdiri İsrəfilov Ramin Rəhman oğlunu vəzifəsindən azad edib.
Redaktor.az Qaynarinfo-ya istinadla bildirir ki, Elşad Həsənovun digər əmri ilə bu vəzifəyə Məmmədov Orxan Fərmayıl oğlu təyin olunub.
Qeyd edək ki, Orxan Məmmədov bir neçə gün əvvəl işindəki nöqsanlar səbəbindən barəsində KİV-lərdə çox sayda tənqidi materiallar dərc edildiyi üçün Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənovun müvafiq əmri ilə hüquq şöbəsinin müdiri vəzifəsindən çıxarılıb.