"Bunu etməkdə məqsəd ödənişlər zamanı yanlışlıqları minimuma endirməkdir" - "Azəriqaz"

 12:37 03.03.2023     531

"Son vaxtlar bir sıra yeni layihələr üzərində çalışırıq.  Sayğacların göstəricilərinin oxunmasını onlayn formaya çevirmək istəyirik".

Redaktor.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin abonent bazasına xidmət şöbəsinin rəis müavini  Vüqar Səmədov media və QHT nümayəndələri üçün təşkil olunan "Açıq Qapı" aksiyası zamanı məlumat verib.

Onun sözlərinə görə, süni intellekt vasitəsilə sayğacın şəkli çəkildikdən sonra birbaşa abonentin hesabına həmin göstəricilərinin ötürülməsinə nail olunub: 

"Bu yeniliyini artıq Bakıda tətbiq etməyə başlamışıq. Mobil cihazlar vasitəsilə  sayğacın şəkli çəkilən kimi avtomatik olaraq abonentlərin uçotu sisteminə ötürüləcək. Bu yeniliyi etməyimizdə məqsəd ödənişlər zamanı yanlışlıqları minimuma endirməkdir".

Həmidə İbrahimova