"Bəzi qüvvələr hüquq-mühafizə orqanlarının fəaliyyətini gözdən salmağa çalışırlar" - Elşad Hacıyev

 13:53 03.03.2023     376

"Bəzi qüvvələr hüquq-mühafizə orqanlarının fəaliyyətini gözdən salmağa çalışırlar".

Redaktor.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev Baş Prokurorluğun Bərdədə “Heydər Əliyev və hüquqi dövlət quruculuğu” adlı keçirdiyi konfransda çıxışı zamanı deyib.

"Ölkədə baş vermiş hər bir cinayətin araşdırmasında hüquq-mühafizə orqanlarının hər bir əməkdaşı, prokuroru, polisi, müstəntiqi və digərləri öz vəzifəsini tam yerinə yetirir. Bəzi qüvvələr isə yalan məlumatlar yayaraq, Azərbaycanda hüquq-mühafizə orqanlarının fəaliyyətini gözdən salmağa çalışır. Lakin biz vətəndaş qəbullarında da şahid oluruq ki, hüquq-mühafizə orqanlarından insanlar tam razıdırlar", - DİN rəsmisi vurğulayıb.