DİN-dən polis rəisinin cəzalandırılması ilə bağlı AÇIQLAMA

 18:13 03.03.2023     641

Daxili İşlər Nazirliyinin( DİN) Ağcabədi Rayon Polis Şöbəsinin rəisi cəzalandırılması üçün təqdimat göndərilməsi məsələsinə reaksiya verib. 

Bu barədə Redaktor.az-a danışan DİN Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, Ağcabədi Rayon Polis Şöbəsinin rəisinin guya cəzalandırılması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir. 

Oxu.az - DİN-in bir qrup əməkdaşı təltif edildi - FOTO

Polis orqanının rəisinin intizam məsuliyyətinə cəlb edilməsi yalnız ölkənin daxili işlər nazirinin səlahiyyətinə aiddir.

Odur ki, əminliklə deyə bilərəm ki, Ağcabədi Rayon Polis Şöbəsinin rəisi barədə hər hansı tənbeh növü tətbiq edilməyib.

Qeyd edək ki, Ombudsmanın müraciəti əsasında Baş Prokurorluq Ağcabədi rayon Polis şöbəsinin rəisinin cəzalandırılması ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) təqdimat göndərib.

Tunar Altunbay