Avropa Parlamentinin sabiq sədr müavininin həbs müddəti uzadılıb
Avropa Parlamentinin keçmiş sədr müavini Eva Kayli və Belçikadan AP deputatı Mark Tarabelin saxlanma müddəti uzadılıb.
Redaktorr.az "Politico"ya istinadən xəbər verir ki, bu barədə Belçika prokurorluğu bildirib.
Eva Kaylinin saxlanma müddəti 2 ay, Mark Tarabelin saxlanma müddəti isə 1 ay uzadılıb.
Avropa Parlamentinin deputatları korrupsiyada ittiham olunur. Onlar öz təqsirlərini etiraf etmirlər.