Hacı Şahinlə bağlı saxta yardım kampaniyası - İnanmayın!

 23:10 03.03.2023     338

Mərhum din xadimi Hacı Şahin Həsənlinin yas mərasimi ilə bağlı saxta yardım kampaniyası başladılıb. Sosial şəbəkələrdə müxtəlif adlar altında aparılan kampaniya çərçivəsində bank hesabları paylaşılır və insanlardan yardım istənilir.

Redaktor.az xəbər verir ki, bununla bağlı mərhum din xadiminin sosial şəbəkə hesablarında paylaşım edilib.

"Hacı Şahinin dəfni və digər məsələlərə yardımla bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Diqqətli olmağınızı xahiş edirik", - paylaşımda deyilir.

Qeyd edək ki, tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli ötən gün 48 yaşında vəfat edib. Onun ürəktutmasından dünyasını dəyişdiyi bildirilir.