Azərbaycan Milli Karate Federasiyasının baş katibi dəyişib

 10:40 04.03.2023     846

Azərbaycan Milli Karate Federasiyasının yeni baş katibi bəlli olub.

Federasiyadan Redaktor.az-a verilən məlumata görə, bu post Qabil Sayadova tapşırılıb.

O, ötən il noyabrında bu vəzifəyə təyin edilmiş Camal Murtuzəliyevi əvəzləyib.

Qeyd edək ki, WFKU-nun (World Full Contact Karate Union) Azərbaycanda rəsmi nümayəndəsi, Avropa Kyokuşin Karate Təşkilatının kata və kumite üzrə A kateqoriyalı referisi, beynəlxalq dərəcəli 5-ci dan qara kəmər ustası, Azərbaycan Full Kontakt və Kyokuşin Karate Federasiyasının Hakimlər Komitəsinin sədri və baş hakimi Q.Sayadov, həmçinin Fövqaladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubunun məşqçi müəllimi olmuş, Xətai İdman Mərkəzi və Araz-Zəngilan Peşəkar İdman Klubunun təsisiçisi və rəhbəridir.