Nazir polis mayorunu yüksək vəzifəyə təyin etdi
Qobustan Rayon Polis Şöbəsinin (RPŞ) rəisinə yeni müavin təyin edilib.
Redaktor.az "report"a istinadla xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Quba RPŞ-nin İstintaq rəisi polis mayoru Vasif Zeynallı Qobustan RPŞ-nin rəisinin birinci müavini (əməliyyat işləri üzrə rəis müavini) təyin edilib.