Gələn həftənin havası AÇIQLANDI
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti həftəlik hava proqnozunu açıqlayıb.
Xidmətdən Redaktor.az-a verilən məlumata görə, martın 5-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 4-6°, gündüz 10-15° isti olacaq.
Martın 6-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Arabir güclənən cənub-qərb küləyi əsəcək, gündüz mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 5-7°, gündüz 17-20° isti olacağı proqnozlaşdırılır.
Martın 7-də bəzi yerlərdə arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 5-7°, gündüz 8-10° isti olacağı bildirilir.
Martın 8-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub küləyi əsəcək, axşam mülayimləşəcək. Havanın temperaturunun gecə 5-7°, gündüz 10-15° isti olacağı ehtimal edilir.
Martın 9-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 5-8°, gündüz 11-16° isti olacağı ehtimalı var.
Martın 10-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi ehtimal edilir. Səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-8°, gündüz 10-14° isti olacaq.
Martın 11-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 4-6°, gündüz 11-16° isti olacağı gözlənilir.
Martın 12-də hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 5-7°, gündüz 13-18° isti olacağı proqnozlaşdırılır.