Azərbaycandan göndərilən hədiyyələr türkiyəli uşaqları sevindirdi - VİDEO

 20:30 04.03.2023     385

Azərbaycandan göndərilən növbəti yardımlar Türkiyənin zəlzələ bölgəsinə çatdırılıb.

Redaktor.az xəbər verir ki, qardaş yardımı zəlzələdən zərərçəkən uşaqların sevincinə səbəb olub. 

Belə ki, azərbaycanlı azyaşlıların türkiyəli həmyaşıdları üçün göndərdiyi oyuncaqlar və digər əşyalar onlara verilib. Sevinc dolu anlar yaşayan uşaqlar yardımlara və göstərilən dəstəyə görə Azərbaycan xalqına təşəkkür ediblər.

Azərbaycandan göndərilən hədiyyələr türkiyəli uşaqları sevindirdi - VİDEO