Azərbaycanda zəlzələ OLDU
Azərbaycanda zəlzələ olub.
Redaktor.az xəbər verir ki, bu barədə Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 20:12-də Şirvan stansiyasından 30 km şimal-qərbdə Hacıqabul rayonunda zəlzələ qeydə alınıb.
Yeraltı təkanlar 3,1 bal gücündə olub.
Zəlzələ ocağı yerin 2 kilometr dərinliyində baş verib.
Zəlzələ hiss olunmayıb.