Bu gün şəhid olan Şəhriyarın  FOTOSU

 23:00 05.03.2023     424

Bu gün səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.

Redaktor.az xəbər verir ki, baş leytenant Şəhriyar Əlibəyli 1994-cü ildə Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olub.

İkinci Qarabağ müharibəsinin iştirakçısı olan hərbi qulluqçu "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad edilməsinə görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.

Şəhriyar Əlibəyli subay olub (modern.az).