Şəhid Şəhriyar Əlibəylinin nəşi evinə gətirildi - FOTO
Ötən gün erməni təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlibəyli Şəhriyar Hafiz oğlunun nəşi Yasamal rayonunda yaşadığı evə gətirilib.
Redaktor.az xəbər verir ki, şəhidlə vida mərasimi yaşadığı evdə keçirilir.
Şəhidimiz İkinci Şəhidlər xiyabanında dəfn olunacaq.
Xatırladaq ki, Ş.Əlibəyli 44 günlük Vətən müharibəsinin iştirakçısı olub.
Qeyd edək ki, ötən gün Ermənistan tərəfinin törətdiyi təxribatlar nəticəsində Azərbaycan ordusunun iki hərbi qulluqçusu şəhid olub.