Şəhid Şəhriyar son mənzilə yola salınır -  VİDEO

 12:24 06.03.2023     688

Dünən erməni təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlibəyli Şəhriyar Ramiz oğlunun nəşi dəfn olunmaq üçün İkinci Şəhidlər Xiyabanına aparılır.

Redaktor.az xəbər verir ki, hərbi qulluqçu ilə vida mərasimi başa çatıb.

Qeyd edək ki, ötən gün Ermənistan tərəfinin törətdiyi təxribatlar nəticəsində Azərbaycan Ordusunun iki hərbi qulluqçusu şəhid olub.