Son sutkada vaksin vurulmayıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.
Bu barədə Redaktor.az Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 950 224, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 404 555, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 879 260, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 400 706, pozitiv nəticədən sonra buster doza olunanların sayı 265 703 təşkil edir.