Deputat ombudsmana irad tutdu: “Bura problemlərin həll olunduğu yer deyil”
Azərbaycan Respublikasının insan hüquqlari üzrə müvəkkilinin (ombudsman) hesabatını dinləyəndə görürük ki, ölkədə vəzifəli şəxslərin hüquq pozuntuları ilə bağlı ciddi narahat edən çatışmazlıqlar var.
Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev bildirib.
“Burada ombudsman problemləri səsləndirir. Açıq danışmaq lazımdır ki, Milli Məclis problemlərin həll olunduğu yer deyil, daha çox problemlər səsləndirirlər.
Qeyd edim ki, ombudsman müvafiq orqanlarla işləsə, daha yaxşı olar.
Hüquq sahəsində görəcəyimiz işlər çoxdur, bunlar təkcə Səbinə Əliyevanın görəcəyi işlər deyil.
Bunun üçün ölkədə güclü hüquq-məhkəmə sistemi yaradılmalıdır”, - deyə deputat vurğulayıb (modern.az).