Gələn həftə hökumət Milli Məclisdə hesabat verəcək

Milli Məclisin yaz sessiyası üçün növbəti plenar iclası martın 17-də keçiriləcək.
Redaktor.az xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova parlamentin martın 7-də keçirilən plenar iclasında məlumat verib.
Həmin gün hökumətin hesabatı da dinləniləcək.
İclasın tam gündəliyi isə yaxın günlərdə açıqlanacaq.