AZAL Bakıdan Trabzona uçuşlara başlayır

 14:03 07.03.2023     420

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağıbüdcəli aviaşirkəti “Buta Airways” mayın 4-dən Bakıdan Türkiyənin Trabzon şəhərinə uçuşlara başlayacaq.

Redaktor.az AZAL-a istinadən xəbər verir ki, aviareyslər hər həftənin cümə axşamı və bazar günləri həyata keçiriləcək.

Aviabiletlər www.butaairways.az saytında, həmçinin www.azal.az saytında və aviaşirkətlərin mobil tətbiqlərində mövcuddur.

Vumart və Güvən reklamı Vumart Güvən