TƏBİB-də çalışanların qadınların sayı açıqlandı

 09:52 08.03.2023     430

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 93 529 qadın fəaliyyət göstərir.

Redaktor.az xəbər verir ki, onlardan 16 775-i həkim, 36 590-ı orta tibb, 21 321-i kiçik tibb, 18 843-ü isə qeyri-tibb heyətinə aiddir.

Qeyd edək ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirən qurumdur.