İnam Kərimovun vətəndaş qəbulunun vaxtı dəyişdirildi
Kənd təsərrüfatı naziri İnam Kərimovun sabah Şamaxıda keçirilməsi planlaşdırılan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
Bu barədə Redaktor.az-a nazirlikdən məlumat verilib.
Məlumatda deyilir ki, qəbul martın 29-da, saat 09:00-da Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında təşkil olunacaq.
Qəbulda Şamaxı və Qobustan rayonlarından olan vətəndaşlar iştirak edə bilər. Qəbula yazılmaq üçün DAİM-ə (050-351-38-44) müraciət etmək, Nazirliyin “Çağrı Mərkəzi”nə (1652) zəng etməklə qeydiyyatdan keçmək olar.
Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.