DSX və MTN-nin sabiq əməkdaşına yeni vəzifə verildi

 14:16 08.03.2023     1496

"Azərbaycan Sənaye Korporasiyası" ASC-yə (ASK) məxsus "ASK Security" MMC-nin direktoru Seyfulla Abbasov vəzifəsindən azad edilib.

Redaktor.az xəbər verir ki, şirkətə rəhbərlik Tehran Babatova həvalə olunub.

Tehran Babatov Azərbaycan Milli Təhlükəsizlik nazirliyində uzun müddətli xidmət keçmiş təcrübəli zabitlərdən biri olub. O ehtiyyatda olan polkovnikdi.

Xatırladaq ki, "ASK Security" 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 100 manatdır. Şirkət ASK və onun törəmə müəssisələrinə məxsus qeyri-yaşayış obyektlərinin təhlükəsizliyinin təmin edilməsi və qorunmasını həyata keçirir (report).