"Azəriqaz" rəhbərliyinin canlı yayım tarixi BƏLLİ OLDU

Bu gün saat 15:00-da "Facebook" və "Instagram" sosial şəbəkələri üzərindən “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinin növbəti canlı yayımı planlaşdırılır.
Bu barədə Redaktor.az-a Birlikdən məlumat verilib.
Bildirilib ki, vətəndaşlar qaz təsərrüfatına dair istənilən sualla canlı yayımda müraciətlərini edə bilərlər.