Şəhid Orxan Əsgərovun 40 mərasimi keçirildi

 14:26 09.03.2023     312

İrandakı Azərbaycan səfirliyinə terror hücumu zamanı şəhid olan Mühafizə Xidmətinin rəisi, baş leytenant Orxan Əsgərovun 40 mərasimi keçirilib.

Redaktor.az xəbər verir ki, mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədə Baş konsulu Recep Öztop, AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, millət vəkilləri Naqif Həmzəyev, Müşfiq Cəfərov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Mərasim iştirakçıları şəhid Orxan Əsgərovun atası Rizvan Əsgərova başsağlığı veriblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq şəhid Orxan Əsgərov (ölümündən sonra) “Vətən uğrunda” medalına layiq görülüb.

Xatırladaq ki, 27 yanvar 2023-cü ildə Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq, səfirliyin Mühafizə Xidmətinin rəisi, baş leytenant Orxan Əsgərovu qətlə yetirib, daha iki nəfəri yaralayıb.

Terrorçu səfirliyin əməkdaşları tərəfindən saxlanılıb. 29 yanvar 2023-cü ildə Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvləri Bakıya təxliyə olunub. Eyni zamanda, diplomatik nümayəndəliyin fəaliyyəti tam dayandırılıb.

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan Orxan Əsgərov yanvarın 30-da İkinci Şəhidlər xiyabanında dəfn edilib (report.az).

İrandakı səfirliyimizdə törədilən terrorda şəhid olan Orxan Əsgərovun 40 mərasimi keçirilib - FOTO  - YENİLƏNİB

İrandakı səfirliyimizdə törədilən terrorda şəhid olan Orxan Əsgərovun 40 mərasimi keçirilib - FOTO  - YENİLƏNİB

İrandakı səfirliyimizdə törədilən terrorda şəhid olan Orxan Əsgərovun 40 mərasimi keçirilib - FOTO  - YENİLƏNİB