Səhiyyə Nazirliyinin daha bir səlahiyyəti TƏBİB-ə verildi
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin fəaliyyətinin təşkili məqsədilə onları “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada zəruri iş, xidmət, mal-material və digər ləvazimatla təmin etmək üçün Səhiyyə Nazirliyinin tabeliyində olan “İnnovasiya və Təchizat Mərkəzi” əmlakı ilə birlikdə TƏBİB-in tabeliyinə verilib.
Redaktor.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Səhiyyə sahəsində təchizat və təminatla bağlı fəaliyyətin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" fərmanda dəyişiklik edib.
Fərmanın qeyd edilən hissəsi 2023-cü il yanvarın 1-dən tətbiq edilir.