“Xəzərdə suyun səviyyəsinin 9-30 metr düşəcəyi gözlənilir” - Qazaxıstanlı nazir

“Xəzər dənizində bir çox təhlükələr var. Yaxın gələcəkdə Xəzər dənizində suyun səviyyəsinin 9-30 metr düşəcəyi gözlənilir”.
Redaktor.az xəbər verir ki, bunu Qazaxıstanın informasiya və sosial inkişaf naziri Darxan Kidirali X Qlobal Bakı Forumu çərçivəsində “Meqatəhdidlər dövrü: İqlim təhlükəsizliyi; Qida təhlükəsizliyi; Nüvə təhlükəsizliyi” mövzusunda keçirilən növbəti panel iclasda çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, Qazaxıstan hər zaman sülhün tərəfindədir: “Təəssüf ki, bu gün qida təhlükəsizliyi məsələsi də ortaya çıxıb”.
Onun sözlərinə görə, dünyada hazırda bir çox təhlükələr yaşanmaqdadır:
“Bu yaxınlarda qardaş Türkiyədə zəlzələlər oldu. Həmin zəlzələlər nəticəsində bir çox insan həyatını itirdi. Xəzər dənizində də bir çox təhlükələr var. Yaxın gələcəkdə Xəzərin səviyyəsinin 9-30 metr düşəcəyi gözlənilir. Bu isə beş ölkə üçün də təhlükədir”.