ADU-nun Konfutsi İnstitutu tələbə qəbuluna başlayır

 10:45 10.03.2023     406

Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunun Azərbaycan Memarlıq və İnşaat Universitetindəki filialı - Çin Dili və Çin Memarlığı Tarixi Tədris Mərkəzində 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram gecəsi keçirilib.

Redaktor.az xəbər verir ki, ADU-nun Konfutsi İnstitutunun müəllimləri ənənəvi Çin çay mərasimi keçirib, çayın hazırlanması prosesinin mədəni konsepsiyası, Çin çay növlərinin təsnifatı barədə söz açıblar. Həmçinin Çin xəttatlığı və Çin möhürlərinin oyma sənəti üzrə ustad dərsi təşkil olunub.

ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov qeyd edib ki, Mərkəzin əsas vəzifələri Çin dilinin tədrisi, Çin memarlığının tarixinə dair mühazirələr oxunması, tələbələri Çin memarlıq dekoru, Çinin saray və bağ memarlığı ilə tanış etmək, həmçinin Azərbaycan Memarlıq və İnşaat Universiteti  və ADU-nun Konfutsi İnstitutunun tərəfdaşı olan Xuçjou Universiteti və Çinin aparıcı ixtisaslaşdırılmış universitetlərinin arasında elmi və təhsil əlaqələrinin inkişafından ibarətdir. Bu il də Mərkəz mövcud Çin dili və incəsənət kursları üçün ikinci dəfə tələbə qəbuluna başlayır. 

Həmidə İbrahimli

222