Diasporla İş üzrə Dövlət Komitəsində yenilik oldu - QƏRAR
Nazirlər Kabineti “Diasporla İş üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi haqqında” 7 yanvar 2015-ci il tarixli qərarında dəyişiklik edib.
Redaktor.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Kollegiyanın yeni tərkibi aşağıdakı kimi təsdiqlənib:
- Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini
- Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavinləri
- Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının rəhbəri
- Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının Dövlət qulluğu, hüquqi təminat və sənədlərlə iş şöbəsinin müdiri
- Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının I ərazi şöbəsinin müdiri
- Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının II ərazi şöbəsinin müdiri
- Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının III ərazi şöbəsinin müdiri
- Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının IV ərazi şöbəsinin müdiri
- Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının V ərazi şöbəsinin müdiri
- Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının Beynəlxalq əlaqələr və gənclərlə iş şöbəsinin müdiri
- Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri
- Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının Maliyyə və təminat şöbəsinin müdiri
- Azərbaycan Diasporuna Dəstək Fondunun İcraçı direktoru.