Şöbə rəisi "Azəriqaz"a daxil olan şikayətlərin sayını açıqladı - FOTO
""Azəriqaz"ın Şikayətlərin araşdırılması şöbəsinə 2023-cü ilin yanvar və fevral aylarında ərzində müxtəlif instansiyalardan və birbaşa vətəndaşlardan ümumilikdə 2515 müraciət daxil olub".
Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İB-nin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev deyib.
Onun sözlərinə görə, 1161 müraciət "Opentext" proqramı vasitəsilə, 1354 müraciət isə elektron formada daxil olub:
""Opentext" proqramı vasitəsilə daxil olmuş müraciətlər 2022-ci ilin iki ayı ilə müqayisədə 54 müraciət az təşkil edir. Göstərilən müraciətlər əsasən təbii qaza görə yaranmış borcun araşdırılması, fərdi qaydada evlərin qazlaşdırılması, kənd və qəsəbələrin qazlaşdırılması, sayğacın quraşdırılması, qaz xəttinin və sayğacın yerinin dəyişdirilməsi və digər məsələlərlə bağlı olub".
Həmidə İbrahimli