Ən çox içməli su itkisi qeydə alınan rayonlar AÇIQLANDI

 15:22 10.03.2023     505

Sabunçu, Suraxanı, Binəqədi və Abşeronda içməli su itkiləri daha çoxdur.

Redaktor.az xəbər verir ki, bunu Azərsu ASC-nin sədr müavini Etibar Məmmədov "Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət" mövzusunda keçirilən brifinqdə deyib.

O bildirib ki, pərakəndə tikililərin salınması, tikinti norma və qaydalarına uyğun olmayan şəbəkələrin yaradılması bunun əsas səbəbləridir.

"Həmçinin mövcud şəbəkələrimizin 70 faizi öz istismar müddətini başa vurub və qanunsuz su xətləri çəkilib".