Zəngilanda modul tipli xəstəxananın tikintisi YAXINLAŞIR
Zəngilan rayonunda modul tipli xəstəxananın tikintisi 90 faiz tamamlanıb.
Redaktor.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarındakı xüsusi nümayəndəsi Vahid Hacıyev bu gün Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri” İşçi Qrupunun 62-ci iclasında deyib.
Onun sözlərinə görə, Cəbrayılda məktəbin tikintisi 32 faiz tamamlanıb.
"Cəbrayıl mərkəzi xəstəxanasının və Zəngilanda 930 saylı məktəbin layihələndirilməsi də tamamlanıb", - Hacıyev deyib.
O, həmçinin, Horadiz-Ağbənd dəmir yolunun tikintisinin 38 faiz, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisinin isə 68 faiz tamamlandığını qeyd edib.
"Bundan başqa, Cəbrayıl-Şükürbəyli-Hadrut avtomobil yolunun 70 faizi, Qubadlı-Eyvazlı avtomobil yolu 40 faiz, Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yolu isə 46 faiz inşa olunub", - o qeyd edib.