"Azəriqaz" rəhbərliyi bu rayonların sakinləri ilə görüşəcək - FOTO

SOCAR “Azəriqaz” İstehdalat Birliyinin rəhbərliyinin Sabirabad rayonunda vətəndaş qəbulu keçiriləcək. 13 mart saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Saatlı, İmişli və Sabirabad sakinlərinin müraciətləri dinləniləcək.
Redaktor.az xəbər verir ki, vətəndaşların diqqətinə çatdırılır ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Salyan Regional qaz istismarı İdarəsinə (tel: 050 845 94 67; 021 25 5 43 59) müraciət edə bilərlər.