Bir xəstəyə görə 90 qəpik alan həkimin maaşı yenidən hesablanacaq
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyini ittiham edən cərrah-həkim Elsəvər Kərimovun aylıq maaşı yenidən hesablanacaq.
Redaktor.az xəbər verir ki, bu barədə onun özü məlumat verib.
Elsəvər Kərimov bildirib ki, İTS-in həvəsləndirici əlavəsinin hesablanmasında yol verilən səhvlər düzəldilib:
"Hazırda maaşım yenidən hesablanır. Biz hər prosedurumuzun qiymətini bilirik”.
Qeyd edək ki, cərrah-həkim Elsəvər Kərimov aylıq maaşının az hesablanmasına görə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyini ittiham etmişdi: "Noyabr ayında 811 xəstəyə qulluq etmişəm və mənə 734 manat pul yazılıb. Hesabladım, adamın biri 90 qəpiyə düşür. Dekabr ayı hələ qalıb. Ona görə Azərbaycanda tibbi xidmət 1 manatlıq səviyyəyə düşüb. Həkimə heç olmasa hər xəstəyə görə 5 manat ödənsə, 4-5 min pulumuzu aladıq”.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi isə səhiyyə işçilərinin əməkhaqları "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası” ilə müəyyən edildiyini bildirib (qaynarinfo).