FHN-də bir vəzifəyə 6 ayda iki rəhbər təyin edilib

 13:49 11.03.2023     688

Fövqəladə Hallar Nazirliyinin (FHN) Rəqəmsal Texnologiyalar və İnnovasiyaların İnkişafı Baş İdarəsinə yeni rəis təyin edilib.

Redaktor.az bildirir ki, "Qaynarinfo"nun məlumatına görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə mayor Bəhruz Məmmədov Kadr siyasəti Baş İdarəsinin Xidməti Vəsiqələrinin Verilməsi və Qeydiyyatı Bölməsinin rəisi vəzifəsindən azad olunaraq, sözügedən idarənin rəhbəri təyin olunub. 

Qeyd edək ki, Bəhruz Məmmədovun bacısı Sevinc Məmmədova FHN-nin Tibb Xidmətində ümumi şöbənin rəis müavinidir. Bəhruz Məmmədov həmçinin Kadr siyasəti Baş İdarəsinin rəisi, general-mayor Sevda Şirinovanın yaxın adamı hesab olunur.

Xatırladaq ki, ötən ilin sentyabr ayında Rəqəmsal Texnologiyalar və İnnovasiyaların İnkişafı Baş İdarəsinin rəisi, polkovnik Elçin Mirzəxanov 55 yaşında qəfildən vəfat edib. Onun yerinə Teymur Rəhimov təyin edilsə də, sonradan müməmmalı səbəblərdən vəzifəsindən kəanrlaşdırılıb.