“Azərpoçt” vətəndaşlara müraciət etdi

 20:55 11.03.2023     289

“Azərpoçt” MMC vətəndaşlara müraciət edib.

MMC-dən Redaktor.az-a bildirilib ki, iş zərurəti ilə əlaqədar olaraq martın 14-dək Ağdaş, B.Nəbiyev, 15/4 (“Şəbəkə”nin inzibati binası), Ağsu, Ü.Hacıbəyov küçəsi, 7 (Poçt filialının inzibati binası), Astara, Azərbaycan prospekti, 21 (Poçt filialının inzibati binası), Bərdə, Heydər Əliyev prospekti, 60 (Poçt filialının inzibati binası), Biləsuvar, H.Əliyev prospekti, 49 (Poçt filialının inzibati binası), Cəlilabad, H.Əliyev prospekti, 270 (Poçt filialının inzibati binası), Gəncə, M.A.Abbaszadə, 31 (Poçt filialının inzibati binası), Goranboy, H.Əliyev prospekti, 11 (Poçt filialının inzibati binası), Lənkəran, M.Nəsirli, 4 (Müştəri xidmətləri şöbəsinin inzibati binası), Lənkəran, Z.Əliyeva, 8 (“Parabokt”un binası) ünvanlarda quruma məxsus ATM-lər işləməyəcək.

Vətəndaşlardan “Azərpoçt”a məxsus digər ATM-lərin xidmətlərindən istifadə etmələri xahiş olunur.