Sürücülərə XƏBƏRDARLIQ!

Azərbaycanın avtomobil yollarındakı vəziyyət açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, martın 13-də ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olaraq bəzi magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı gözlənilir.