Şuşa bir neçə ölkənin şəhərləri ilə “Qardaşlaşmış şəhər” olacaq
“Artıq 6 ölkənin müxtəlif şəhərləri ilə əməkdaşlıq haqqında müxtəlif sənədlər imzalanıb”.
Redaktor.az APA-ya istinadla bildirir ki, bunu Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin şöbə müdiri Səmayə Məmmədova bildirib.
“Mən xüsusi qeyd etməliyəm ki, Macarıstanın Vesprem şəhəri ilə biz “Qardaşlaşmış şəhər” statusunu almışıq və Vesprem şəhəri 2023-cü ildə Avropanın mədəniyyət paytaxtı seçilən 3 şəhərdən biridir”-deyə, Səmayə Məmmədova bildirib.
Qeyd edək ki, Şuşa 6 ölkə - Türkiyə, Özbəkistan, Qazaxıstan, Bolqarıstan, Macarıstan, Koreyanın şəhərləri ilə “Qardaşlaşmış şəhər” statusu altında əməkdaşlıq edəcək.