“Məşədi Dadaş” məscidinə yeni imam təyinatı müzakirə edildi
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakı şəhəri Nəsimi rayonu “Məşədi Dadaş” məscidi dini icmasının üzvləri ilə görüşüb.
Bu barədə Redaktor.az-a Dövlət Komitəsindən məlumat verilib.
Komitə sədri çıxış edərək Azərbaycan dövlətinin dini, milli-mənəvi dəyərlərimizin inkişafı, dini ibadət yerlərinin tikintisi və bərpası istiqamətində görülən işlərdən, dini icmalara göstərilən qayğıdan danışıb.
O bildirib ki, ölkədə milli-mənəvi dəyərlərin qorunub-saxlanılmasına xüsusi önəm verilir, dini etiqad azadlığının təmin olunması, dindarların dini ayin və mərasimlərini sərbəst yerinə yetirmələri üçün hər cür şərait yaradılır, onlara lazımi qayğı göstərilir.
M.Qurbanlı dini icma üzvləri ilə icmanın gələcək fəaliyyəti, “Məşədi Dadaş” məscidinə yeni imam təyinatı, eyni zamanda qarşıda duran məsələlər barədə ətraflı müzakirələr aparıb.