“Qarabağ” - “Qalatasaray” oyunu bu tarixdə keçiriləcək - FOTO

“Qarabağ” və “Qalatasaray” komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.
Redaktor.az xəbər verir ki, bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb.
Görüş martın 26-da baş tutacaq. Matç Bakı Olimpiya Stadionunda keçiriləcək.
Azərbaycan çempionunun Türkiyənin ən titullu klubu ilə qarşılaşması saat 20:00-da başlayacaq. Oyundan əldə olunacaq bütün gəlirlər qardaş Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.