“Azəriqaz” şəhid ailəsinin müraciətini təmin etdi  - VİDEO

 15:03 14.03.2023     266

Həssas qrup üzvlərinin qayğılarını hər zaman diqqətdə saxlayan SOCAR “Azəriqaz” İstehsalat Birliyi daha bir şəhid ailəsinin istəyini yerinə yetirib.

Redaktor.az xəbər verir ki, 1-ci Qarabağ müharibəsi şəhidi Rafiq Mustafayevin həyat yoldaşı Ənayət Mustafayeva qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı Birliyə müraciət ünvanlayıb. Qısa zaman ərzində Birlik tərəfindən şəhid ailəsinin Tovuz rayonu, Ağdam kəndində yerləşən fərdi yaşayış evinin önündən keçən qaz xəttinin yeri dəyişdirilib.

Mövzu ilə əlaqədar video materialı təqdim edirik: