ABŞ-ın briqada generalı Azərbaycana gəldi
ABŞ-ın Avropa Komandanlığının planlaşdırma, strategiya və imkanlar üzrə direktor müavini, briqada generalı Edvard Voqan Azərbaycanda səfərdədir.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, 14-16 mart tarixlərində Bakıya səfəri çərçivəsində briqada generalı Voqan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və Ərazilərin Minalardan Təmizlənməsi Agentliyinin rəsmiləri ilə görüşlər keçirəcək.
Briqada generalı Voqan ABŞ-Azərbaycan təhlükəsizlik tərəfdaşlığı və regional təhlükəsizlik məsələlərini müzakirə edəcək.