İki regional idarəyə müvəqqəti rəis TƏYİN OLUNDU

Şəki Regional Mədəniyyət İdarəsinə müvəqqəti rəis təyin edilib.
Redaktor.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İdarənin rəisi vəzifəsi üzrə əmək funksiyalarının icrası müvəqqəti olaraq Aqaəli Cəlilova həvalə olunub.
Bundan başqa, Rafiq Söhrab oğlu İsgəndərova Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsi üzrə əmək funksiyalarının icrası müvəqqəti həvalə edilib.