“Kapital Bank”ın əməkdaşları ağacəkmə aksiyasında iştirak etdi

 12:38 15.03.2023     488

Azərbaycan Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərbaycan Banklar Assosiasiyası”, “Azərbaycan Sığortaçılar Assosiasiyası”, “Azərbaycan Mikromaliyyə Assosiasiyası”, “Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası” və “Azərbaycan Fintex Assosiasiyası” İctimai Birlikləri arasında “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibəti ilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair anlaşma memorandumu”u imzalanıb.

Redaktor.az xəbər verir ki, layihə çərçivəsində bu gün Bakı şəhəri, Abşeron rayonu, Müşfiqabad qəsəbəsində yerləşən ərazidə ölkə banklarının iştirakı ilə müxtəlif ağaclar əkilib. Tədbirdə dövlət rəsmiləri, ölkə banklarının əməkdaşları və digər qonaqlar iştirak edib. Aksiya çərçivəsində ağacların əkilməsi ilə yanaşı, həmçinin damcılı suvarma sisteminin qurulması işləri də həyata keçirilib.

Memorandumun məqsədi, H.Əliyevin anadan olmasının 100-cü il dönümü münasibətilə 2023-cü ildən başlayaraq 10 il ərzində hər il 100 000 ağac olmaqla, ümumilikdə 1 000 000 ağacın əkilməsi ilə əlaqədar müvafiq işlərin görülməsidir.

Ölkənin I bankı olan “Kapital Bank” “PAŞA Holdinq” MMC-yə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 114 filialı və 25 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, “Birbank” kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.