4 nəfərlik ailənin aylıq ticarət xərci 1600 manatı ötüb

 13:35 15.03.2023     1187

Azərbaycanda orta statistik ailənin (4 nəfərdən ibarət) aylıq ticarət xərcləri 1600 manatı ötüb. 

Redaktor.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu ilin yanvar-fevral ayları ərzində pərakəndə ticarət şəbəkələrində əhalinin bir nəfəri orta hesabla ayda 405,5 manatlıq məhsul alıb.

Bu qədər xərcin 228 manatı ərzaq məhsullarının, içkilərin və tütün məmulatlarının, 177,5 manatı qeyri-ərzaq mallarının alınmasına sərf edilib. 

Hesablamalar göstərir ki, Azərbaycanda bir orta ölçülü ailənin aylıq ticarət xərci 1622 manata, o cümlədən ərzaq xərci 912 manata, qeyri-ərzaq xərci 710 manata yüksəlib. 

Xərclərin bu səviyyəyə gəlməsinin əsas səbəbi 2021, 2022 və cari ildə qeydə alınan yüksək inflyasiyadır. 

2021-ci ilin ilk 2 ayında orta ölçülü ailənin ticarət xərcləri 1200 manat, ərzaq xərcləri 642 manat, qeyri-ərzaq xərcləri 566 manat idi. 

Son 2 ildə ticarət xərclərində 422 manat, o cümlədən ərzaqda 270 manat, qeyri-ərzaqda 144 manat artım baş verib (sfera.az).