Bu universitetdə bütün əməkdaşlara pul mükafatı veriləcək

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Novruz bayramı münasibəti ilə bütün işçilərə pul mükafatı veriləcək.
Redaktor.az xəbər verir ki, AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova bu barədə əmr imzalayıb. Əmrə əsasən, universitetin əməkdaşlarına əməkhaqlarının 20 faizi dəyərində pul mükafatı veriləcək.
Qeyd edək ki, AzMİU-da işçilərin sosial vəziyyətini daha da yaxşılaşdırmaq üçün hər il bayramlarda və xüsusi günlərdə pul mükafatı verilir.