Naxçıvanda ilk dəfə Novruz şəhərciyi təşkil ediləcək

 19:38 15.03.2023     535

Naxçıvanda ilk dəfə Novruz şəhərciyi təşkil ediləcək.

Redaktor.az xəbər verir ki, Novruz şəhərciyi martın 19-dan martın 26-da daxil olmaqla "Əcəmi Seyrəngahı" Mədəniyyət və İstirahət Kompleksində saat 10:00-dan 22:00-a qədər keçiriləcək.

Bayram günlərində şəhərcikdə konsert proqramı, bol alış-verişli Novruz bazarı və əyləncəli oyunlar baş tutacaq. Seyrəngahda bununla bağlı hazırlıq işləri görülür.

Qeyd edək ki, muxtar respublikanın rayonlarından Novruz şəhərciyinə hər saat pulsuz nəqliyyat xidməti də fəaliyyət göstərəcək.